• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə : "Fənlər üzrə bal məhdudiyyəti ləğv olunub”

Məleykə Abbaszadə : "Fənlər üzrə bal məhdudiyyəti ləğv olunub”
25.06.2019 11:51
"Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayında çox böyük dəyişiklik var. Belə ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8 min artıb. Bu, böyük rəqəmdir”.

Anews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min idisə, bu il onların sayı 20 mindir: "Bu o deməkdir ki, müsabiqəyə buraxılacaq təxminən 40 min namizəddən hər ikincisi dövlət sifarişli yerdə təhsil almaq şansı qazanacaq. Məlumdur ki, müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə yaranır. Ötən il ödənişli əsaslarla olan müəyyən yerlər boş qalmışdı, namizədlər bu yerlərə ərizə verməmişdilər”.
M. Abbaszadə qeyd edib ki, qəbul qaydalarında liberallaşma baş verib: "Ötən ildən fərqli olaraq, bu il həm ödənişli, həm də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 200 bal, imtahanın ikinci mərhələsində isə 100 bal toplamaq kifayətdir. Fənlər üzrə bal məhdudiyyəti də ləğv olunub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol