• $
  • €
  • ₽
  • ₺
  • £

“Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verildi

“Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verildi
25.06.2019 16:06
İpoteka və Kredit Zəmanət Fondunun yeni "Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər) istifadəsinə verilib.

Fonddan Anews.az-a verilən məlumata görə, son dövrlərdə ölkədə avtomatlaşdırma proseslərinin geniş miqyasda tətbiqi, ölkə başçısının elektron xidmətlərin göstərilməsi ilə bağlı müvafiq fərmanlarından irəli gələn tapşırıqların icrası, eləcə də Fondun institusional idarəetməsi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən dəyişikliklər yeni "Elektron ipoteka və kredit zəmanət” sisteminin yaradılmasını zəruri edib.
Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə "Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında” Əsasnamə təsdiq edilib.

Yeni istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub. Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq "ORACLE 12C Enterprise Edition” üzərində qurulmuş sistem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzində "AZCLOUD III” standartına malik bulud texnologiyası üzərində tətbiq edilib. Yeni sistemin qurulması zamanı növbəti dövrlərdə Fondun fəaliyyətininin genişlənməsi, kreditləşmə əməliyyatlarının və müştəri bazasının artması, yeni kredit məhsullarının və idarəetmə baxımından əlavə funksiyaların tətbiqi, sistemin geniş bazaya malik olması, sürətinə və çevikliyinə görə mövcud tələblərə cavab verməsi, bütün müasir veb brauzerləri dəstəkləyən müasir platforma üzərində yaradılması və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, əvvəlki dövrlərdə elektron ipoteka sistemi daxilində istifadəyə verilmiş müxtəlif altsistemlərin yeni sistemdə vahid platforma üzərində birləşdirilməsi təmin edilib. Eyni zamanda, yeni sistemin Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiyası təmin olunaraq Fondun əməliyyatlarının avtomatlaşdırılması müasir tələblərə uyğunlaşdırılıb.Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, Fondun Nizamnaməsində qeyd edilən bütün fəaliyyət istiqamətləri üzrə (sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi) elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılmasını nəzərdə tutur. Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin və Fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların Fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.

Məlumat üçün bildirək ki, hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda bu istiqamətlər üzrə də elektron xidmətlərin əhalinin istifadəsinə verilməsi təmin ediləcək.

Qeyd edək ki, yeni sistemin tətbiqi biznes proseslərin şəffaflığının artırılmasına, Fondun xidmət sahələri üzrə rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklar və Fond tərəfindən maliyyə risklərinin idarə olunmasının effektivliyinin artırılmasına xidmət edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol