• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı

“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
27.06.2019 17:11
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə "Nar” növbəti uğurlu layihəsini icra edib. Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyani zonada yerləşən bir sıra hərbi hissələrdə "Nar” danışıq nöqtəsi yatadıb. Məqsəd əsgərlərimizin öz yaxınları, doğmaları ilə daha yaxın olmaları və mütamadi təmas qurmalarına dəstək olmaqdır. Hərbi hissələrdə yaradılan "Nar” danışıq nöqtəsində əsgərlər istədikləri qədər öz yaxınları ilə danışa biləcəklər. 

Qeyd edək ki, bayram günü mobil operator vətən keşiyində duran əsgərlərimizi sevindirmək, onlara olan hörmətini bildirmək məqsədilə, cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissəyə səfər edib və Azərbaycan ordusunun əsgərləri ilə görüşüb. Bundan başqa, hərbi hissələrə əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif hədiyyələr də təqdim edilib. 

Əsgərlərlə görüşü zamanı "Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq ikinci ildir ki, mobil operator Müdafiə Nazirliyi ilə birgə uğurlu layihəsini icra edir: "Silahlı Qüvvələr Günündə əsgərlərlə birgə olmaq bizim üçün qürurvericidir. Ötən il sərhədyanı bölgədə xidmət edən 100-ə qədər əsgərin bayramı öz valideyni ilə birgə qeyd etməsində yaxından iştirak etdik. Bu il isə 100-lərlə hərbçinin doğmaları ilə sərhədsiz ünsiyyət qurmaları üçün "Nar” danışıq nöqtələri yaratdıq. Vətənə bağlılıq kimi ümdə vəzifələrə hər zaman həssas yanaşan "Nar”, əsgərlərimizə hər hansı mənəvi dəstək göstrəməyi özünə borc bilir. Bu şərəfli yolda xidmət edən əsgərlərimizə yaxınları ilə öz sevinclərini və xoş xəbərlərini bölüşməsini arzulayırıq”. 

Qeyd edək ki, "Nar” ötən ilin martında Müdafiə Nazirliyi ilə birlikdə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissədə əsgərlərlə görüşünü təşkil edilmişdi. Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu bayram görüşü nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etmişdi.  

Vətənə bağlılığın təşviqi Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmiş brendimizin əsas amallarındandır.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol