• $
  • €
  • ₽
  • ₺
  • £

"Şokolad paylayanda ağlayıb otaqdan çıxdım" - Tanınmış kişi jurnalistlərin ilk sevgi etirafları

"Şokolad paylayanda ağlayıb otaqdan çıxdım" - Tanınmış kişi jurnalistlərin ilk sevgi etirafları
29.05.2020 05:34
İlk sevgi hərkəsin həyatında və yaddaşında xatirələrə çevriləcək qədər maraqlı anlarla yadda qalır. Bəs sizin ilk sevginiz yaddaşınızda necə qalıb sualı ilə tanınmış jurnalistlər arasında maraqlı sorğu keçirdik.

Anews.az saytı həmin sorğunu təqdim edir.

Ölkə.az saytının baş redaktoru Hikmət Həsənov:

"Mənim ilk sevgi hekayəm 1990-ci illərə təsadüf edir. Antalyada turizm sahəsində çalışarkən orada atv kanalında işləyən Fatoş adlı qıza aşik olmuşdum. Hətta uzun illər sevgili olduq.  Evlənməyi belə düşünürdüm. Sadəcə o mənimlə Bakıya gəlmək istəmədi deyə ayrıldıq. Uzun illərdən sonra İstanbul avtobusunda qarşılaşdıq. O bizim son görüşümüz oldu və yadımda məni qucaqlayıb ağlayan qız kimi qaldı. Əgər evlənsəydim bəlkə də ilk türk qızı alanlardan biri mən olacaqdım. Evləndiyim xanıma bu sevgim haqqında da danışmışam. Onunla olan bütün şəkilləri cırıb.(gülür) Sadəcə ürəyimin bir küncündə onun bağlı xatirələr qalıb”.

 
Baku.ws saytının baş redaktoru Azad Əliyev:

"Evdə dava salmaq istəyirsən deyəsən (gülür). Yadıma gəlir ki, ilk sevgim gizli olub. 6-cı sinifdə oxuyanda öz  coğrafiya müəllimimi sevirdim. Onun dərsləri gəlsin deyə səbirsizliklə gözləyirdim. Həm də o fənni oxuyan ən yaxşı şagird mən idim. Fənni də xoşladığım üçün yox müəlliməyə aşik olduğum üçün sevirdim”.

 
Redaktor az saytının baş məsləhətçisi jurnalist Bahadur Seyidov:

"Əksər uşaqlarda olduğu kimi 1-ci sinifə gedərkən hər kəsin xoşladığı bir əks cinsin nümayəndəsi olur. Amma sonradan bunun sevgi olmadığını anlayırsan. Hətta yeniyetməlik, tələbəlik dövründə də yaşananlar tam anlamı ilə eşq sayıla bilməz. Mən həmişə sevmişəm, sevgisiz yaşaya bilmirəm çünki. Amma sevgini, eşqi indi-indi anlayıram. Əvvəlkilər gülməli və bəsit gəlir. İndiyə kimi bir neçə qadın sevmişəm. Sonda onların biri ilə evləndim”.

 
Müstəqil az saytının baş redaktoru Faiq Balabəyli:

"İlk sevgim lap kiçik yaşlarıma təsadüf edir. Məktəbli idim. Və məktəbimizdə bir qız oxuyurdu. Gözəl idi. Ondan xoşum gəlirdi. Uzun illər yəni orta məktəbi bitirənə qədər ona olan istəyim azalmadı. Daha da çoxaldı. Sonra mən şəhərə oxumağa gəldim. Onu da ərə verdilər. Bu mənim iç dünyamda saxladığım və heç kəsə bildirmədiyim hiss idi. O qız da bilmədi. İndi nənədir. Kəndə gedəndə arada görürəm. Salamlaşırıq. Ona heç vaxt heç nə demədim. Ona heç vaxt məktub yazmasam da çoxlu şeirlər yazdım”.

 
Atv radiosunun aparıcısı Raqif Raufoğlu:

"Mən ilk sevgimi 10-cu sinifdə oxuyarkən yaşamışam. Bəlkədə o sevgi sayılmır. Amma bizim o yaşdakı düşüncəmiz üçün sevgi idi. Sinifimizdə oxuyan bir qıza vurulmuşdum. Ona qarşı özəl münasibət var idi. Məndən başqa heç kimlə danışmağını istəmirdim. Bir sözlə bir –birimizə qarşı daha diqqətli idik. Mən dərs danışanda belə diqqət edirdi ki, qozbel dayanma, düz dayan. Ümumiyyətlə bu çox təhlükəli sualdır və mən bunun dərinliyinə getmək istəmirəm”.

 
Qaynarinfo saytının baş redaktoru  Zahir Əzəmət:

"Gör evdə dava sala bilirsən(gülür). Zarafat bir yana, ilk sevgim ibtidai sinif müəlliməm olub. Gənc qız idi, ona aşiq olmuşdum. 6 yaşım var idi onda. 3-cü sinifdə oxuyanda gəlib sinifdə hammıza şokolad payladı. Onda bildim ki, nişanlanıb. Mən də ağlayıb sinifdən çıxmışdım”.

 
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı:

"Mənim  uşaqlığım köçkünlük dövrünə düşdü. Bakıya gələndən sonra da 4 məktəb dəyişmişəm. Çünki yaşadığımız  yeri də dəyişirdik. Axırıncı oxuduğum məktəbdə Samirə adlı bir qızdan xoşum gəlirdi. Bir gün anası qabağımı tutub dedi ki, mən qaçqına qız verməyəcəyəm, get adamını başqa yerdə axtar. Mən də ondan sonra o qzıdan sakitcə uzaqlaşdım. Onu da deyim ki, o qız bildiyim qədər hələ də ailə qurmayıb. Deyəsən müğənnilik edir. Elə buna görə də hər dəfə yadıma düşəndə onun anasına təşəkkür edirəm (gülür)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol