• $
  • €
  • ₽
  • ₺
  • £

Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır - FOTOLAR

Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır - FOTOLAR
29.05.2020 01:33
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı Həyya bint əl-Hüseynin külli miqdarda pul götürərək ölkədən qaçmasının pərdəarxası məqamları üzə çıxıb.

Beləki, Dubay əmirinin xanımının Londonda gizləndiyi barədə xəbərlər yayılıb.

"Times” xəbər verir ki, 45 yaşlı şahzadə 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə hazırda Londonun mərkəzində yerləşən "Kensington Palace Gardens” küçəsində dəyəri 107 milyon dollar olan malikanədə qalır.

Məlumatda həmçinin bildirilir ki, cütlük ayrılıb və şahzadə Həyya Dubayı tərk etdikdən sonra Ali Məhkəməyə boşanmaq üçün ərizə verib.
Şahzadənin qaçırılaraq yenidən Dubaya gətiriləcəyini ehtimal edənlər də var.

Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirliyi xoşagəlməz hadisələri şərh etməkdən boyun qaçırıb. Dilplomatik korpusdan bunun şəxsi məsələ olduğunu bildirinlər.

Qeyd edək ki, İordaniyada göz açan şahzadə təhsilini İngiltərədə alıb. Həyya İordaniya Kralı Abdullahın ögey bacısıdır. BƏƏ-də 250 min iordaniyalı işçi var. Qalmaqallı hadisənin isə iki ölkə arasında münasibətlərə təsir göstərəcəyi istisna edilmir.

Xatırladaq ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol