• $
  • €
  • ₽
  • ₺
  • £

II və III ixtisas qrupları üzrə 79 abituriyentin qiymətində dəyişiklik edilib

II və III ixtisas qrupları üzrə 79 abituriyentin qiymətində dəyişiklik edilib
29.05.2020 09:39
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına müraciətlərlə bağlı statistik məlumatları açıqlayıb.

DİM-dən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə 7 iyul 2019-cu ildə keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 323 abituriyent (bütün imtahan verənlərin 1,15%-i) 1100-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.

Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilmiş və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28%-i) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Məlumat üçün bildiririk ki,  II və III qruplar üzrə qəbul imtahanlarında 28000-dən çox abituriyent iştirak edib və bu abituriyentlərin ümumilikdə 252000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol