• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədən çıxışınıza STOP qoyulub-qoyulmamasını belə öyrənə bilərsiniz

Ölkədən çıxışınıza STOP qoyulub-qoyulmamasını belə öyrənə bilərsiniz
29.05.2020 07:34
Bəzən olur ki, kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.

İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü?

BAKU.WS "qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu suala cavab olaraq bildirib ki, vətəndaşa ölkədən çıxışa qoyulan qadağanı hazırda yalnız iki qurumdan və ödənilməyən borclarla bağlı qabaqcadan onlayn formada öyrənmək olar:

"Borcla bağlı STOP qoyulmasını öncədən Ədliyyə Nazirliyi və DİN-nin elektron xidmətləri vasitəsilə öyrənmək olar.

Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron fromada əldə etmək isə indiki halda mümkün deyil.

Bəs myGov platforması vətəndaşlara STOP-la bağlı belə xidmət, məlumatlandırma təqdim edə bilərmi ? Əlbəttə mümkündür.

Artıq bəzi dövlət xidmətləri ilə bağlı bu tip oxşar məlumatlandırma myGov tərəfindən təqdim edilir.

Hazırda qanunvericiliyə görə aşağıdakı qurumlar STOP qadağası ("Sərhədkeçməyə məhdudiyyət siyahısı") tətbiq edə bilər:

1.Ədliyyə Nazirliyi

2.DİN

3.FHN

4.Vergilər Nazirliyi

5.Baş Prokurorluq

6.DSX

7.DTX


8.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

9.DGK

DSX-nın özəl informasiya sistemi olmadığından STOP qadağası DİN-nin tabeliyində olan İAMAS ("Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə həyata keçirilir.

Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı STOP siyahısına əlavə olunur.

DSX əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını DİN-nin bu sisteminə daxil etdikdə STOP qoyulan vətəndaşla bağlı məlumat görsənir.

Düşünürəm ki ASAN, daha doğrusu Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə myGov üzərindən bu xidməti təqdim edə bilər.

Əgər STOP-la bağlı məlumat İAMAS-da qabaqcadan varsa onun öncədən də myGov-da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi, düşünürəm ki problem olmamalıdır.

Lazım gələrsə bu sistemin Əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür.

myGov-da qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtının bitməsi haqqında məlumatlandırma və s xidmətlər təqdim edilir.

Eyni qayda ilə düşünürəm ki müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə myGov üzərindən STOP-la bağlı məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.

Ümid edirəm yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq”. 
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol