• $
  • €
  • ₽
  • ₺
  • £

Nüvə raketlərinin saxlandığı obyektdə partlayış: Rusiyanın hərbi poliqonlarında nə baş verir?

Nüvə raketlərinin saxlandığı obyektdə partlayış: Rusiyanın hərbi poliqonlarında nə baş verir?
29.05.2020 11:43
Xəbər verildiyi kimi, Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissələrin birində partlayış baş verib. Nəticədə iki şəxsin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilir.
"Mash” Telegram kanalının hadisə şahidlərinə istinadən verdiyi məlumata əsasən insident Nenoksa yaşayış məntəqəsində törəyib.
Burada Rusiya Hərbi-dəniz qüvvələrinin "Nenoksa” Mərkəzi raket poliqonu yerləşir. Poliqonda atom sualtı qayıqları üçün nəzərdə tutulan ballistik raketlərin sınaqları keçirilir.
Təcili yardım xidmətləri Nenoksada radiasiyanın dərəcəsini artdığını müşahidə ediblər. Radioaktiv sızıntı qonşuluqdakı Severodvinsk şəhərindəki göstəriciləri belə, hərəkətə gətirib.
Burada adi dərəcədən yuxarı istənilən sızma avtomatlaşdırılmış sistemdə dərhal həyəcan siqnalı verir.
"RİA Novosti "agentliyinin xəbərində reaktiv mühərrik qurğusunda sınaqlar zamanı yanğın çıxdığı qeyd edilir. Gələn mənbələrdə partlayışın gəmilərdən birində baş verdiyi qeyd olunub.
"Baza” telegram-kanalın verdiyi məlumatda isə "09703” saylı hərbi hissədə iki nəfərin deyil, 3 hərbi qullluqçunun həlak olduğu deyilir. Bundan başqa 15 nəfərin ağır yaralandığı bildirilib.
Onlardan 8 nəfərinin vəziyyətinin ağır olduğu söylənilir. (Musavat.com)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol