• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər
19.08.2019 16:54
Sosial şəbəkələrdə magistral yollarda Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücülərin onları görmədiyi ərazilərdə dayanması paylaşımlar edilir. Bəs qanunla yol polisinin bu şəkildə xidmət göstərməsinə icazə verilirmi?

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında sözügedən vəziyyətin müşahidə edilmədiyini bildirib:

"Dövlət Yol Polisi əməkdaşlarının işi hərəkət iştirakçılarının normal, təhlükəsiz hərəkətini təşkil etməkdir. Sözügedən məqamlar nə Bakı-Sumqayıt yolunda, nə də digər avtomobil yollarında müşahidə edilib. Bildiyiniz kimi, stasionar postlar mövcuddur. Yol polisi əməkdaşları fasiləsiz olaraq bu postlarda xidmət aparırlar. Qayda pozan sürücülər də aidiyyəti üzrə saxlanılaraq inzibati məsuliyyətə cəlb olunurlar".

O qeyd edib ki, əgər yol hərəkəti iştirakçısı yol polisi əməkdaşlarının hər hansı qanun pozuntusuna yol verdiyini müşahidə edirsə, "902 - qaynar xətt"inə müraciət edə bilər:

"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu məsələlər daim nəzarətdə saxlanılır. Daxil olan şikayətlər isə aidiyyəti üzrə araşdırılır, hüquqi qiymət verilir. Əgər yol polisi əməkdaşı xidməti vəzifəsini, dediyiniz kimi, ağacların, reklam lövhələrinin arxasında dayanaraq yerinə yetirərsə, cəzalandırıla bilər".

Xatırladaq ki, "Yol-patrul xidməti haqqında Təlimat"ın 4.3-cü bəndinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneənin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 00:44
Bakıda yaşayış binasında yanğın başlayıb
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol