• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı karqo şirkətləri insanlardan niyə əlavə xərclər tutur?

Azərbaycandakı karqo şirkətləri  insanlardan niyə əlavə xərclər tutur?
28.05.2020 23:24
Bu günlərdə redaksiyamıza daxil olan məlumatda, bir şikayətçi Azərbaycanda fəaliyyət göstərən karqo şikrkətindən narazılığını bildirib. 

Onun sözlərinə görə, "limak.az”-dan 3 köynək sifariş verib. Köynəklərin biri fərqli şirkətdən olsa da, digər ikisi eyni şirkətə aid olub və Türkiyədən Azərbaycana çatdırılmalı imiş.  Sifarişlər eyni vaxta veriləsə də, şirkət hər üç köynəyə 2-3-4 dollar olmaqla, fərqli karqo xərcləri tutub.

Şikayətçi deyir ki, köynəklər də eyni bağlamada göndərilməyib. Fərqli bağlamalarda, fərqli günlərdə, fərqli qiymətlərə göndərilir. Hansı ki, bu əlavə xərcdir. 3 köynəyi bir bağlamada da göndərmək olardı.

Məsələ ilə bağlı, "limak.az”-la da əlaqə saxladıq.

Şirkətdən bildirdilər ki, əgər eyni şirkətdən sifariş olursa, bir bağlamada və eyni karqo qiymətinə çatdırılır, yox əgər fərqli şirkətlərin məhsullarıdırsa, burada artıq karqo xərcləri də fərqli olur və bu, birbaşa onlarla bağlı məsələ deyil. 

Başqa bir karqo şirkəti "LinEX.az” isə deyir ki, onlar heç bir əlavə xərc tutmadan, fərqli şirkətlərdən sifariş olsa belə, çatdırılma xidmətini eyni karqo qiymətinə bir bağlamada həyata keçirirlər. Bu da, sifarişçilərdən əlacə xərclərin çıxılmasının qarşısını alır. 

İqtisadçı ekspert Məhəmməd Talıblı isə düşünür ki, sırf bu bazarda alternativlər çox olmadığı üçün, təkliflər də vətəndaşların yox, şirkətlərin maraqları üzərində qurulur.

Onun sözlərinə görə, alternativlər çox olsa, xidmətlər də keyfiyyətli olar.



"Bilirsiniz, bazarda alternativlər olsa, belə olmaz. Rəqabətlilik olar və şirkətlər məcbur keyfiyyətli xidmət təklif edərlər. Bu sahə genişlənməlidir. Indiki halda bu, əlavə xərc tutmaqdır. Bu yolla, vətəndaşlardan artıq pul alıb, şirkətin gəlirlərin artırırlar. Bu məsələyə də nəzarət yoxdur”, - deyə iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib.

Ekspert deyir ki, amma bütün hallarda bu məsələ üzərində hüquqi nəzarət də olmalıdır.

Onun fikrincə, qaydalar da müəyyən edilməlidir.

"Bu sahəyə ciddi nəzarət olmalıdır. Qaydalar müəyyənləşməlidir. Şirkətlər insanlardan istadikləri kimi xərclər tuta bilməməlidirlər. Xidmətin dəyərindən artıq pul tutmaq olmaz”, - deyə iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib.

Həzi

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol