• $
  • €
  • ₽
  • ₺
  • £

Yolun kənarında dovşan almaq üçün dayandı: "Kamaz" üstündən keçdi - DƏHŞƏTLİ VİDEO

Yolun kənarında dovşan almaq üçün dayandı: "Kamaz" üstündən keçdi - DƏHŞƏTLİ VİDEO
29.05.2020 06:10
Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib. "Mercedes" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edir. Görünür ki, dovşan almaq istəyir. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onun avtomobilinin üstündən keçir. Qəza nəticəsində 2 nəfər həyatını itirir. "Kamaz" sürücüsü isə fikirli olduğunu və avtomobili gec gördüyünü bildirib. 
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, xüsusilə magistral yollarda yolun hərəkət hissəsində dayanmaq təhlükəlidir. "Rayon yollarının kənarlarında müxtəlif meyvələr, balıq, dovşan satan gənclər dayanır. Bəzən yolun hərəkət hissəsinə çıxırlar.  Avtomobillər də saxlayıb onlarla bazarlıq edir. Nəticədə belə bədbəxt hadisələr baş verir." Konkret olaraq bu hadisə barədə danışan ekspert bildirib ki, burada hər iki tərəfdə günah var. "Amma yük maşının sürücüsünün diqqətsizliyi hadisənin miqyasını böyüdür. Dəfələrlə yol polisi, biz xəbərdarlıq edirik ki, yorğun halda sükan arxasında əyləşmək olmaz. Həmçinin maksimum dərəcədə diqqətli olmaq zəruridir. Nəticədə görün neçə nəfər həyatını itirdi, neçəsininhəyatı məhv oldu." Videonu təqdim edirik
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol