• $
  • €
  • ₽
  • ₺
  • £

Kür çayına minlərlə nərə balığı buraxıldı - FOTO

Kür çayına minlərlə nərə balığı buraxıldı - FOTO
29.05.2020 08:41
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala rayon İcra Hakimiyyətinin, "Az Varvara” MMC-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
"Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.
Qeyd edək ki, oktyabr ayının sonunadək, ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.

ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında yaxından iştirak etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlamamağa, onları qorumağa və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verməyə çağırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol