• $
  • €
  • ₽
  • ₺
  • £

Aranda "Kərbəla müsibəti"

Aranda "Kərbəla müsibəti"
20.08.2014 17:55

7 kəndin sakinləri bir neçə aydır ki ölüm-dirim mübarizəsi aparır

Avqustun qızmar yayı Azərbaycanı qovurduğu bu günlərdə Biləsuvarın bir neçə kəndinin camaatı susuzluqdan əsil Kərbəla müsibəti yaşayır. Araz çayından rayonun Təzəkənd, Yuxarı Cürəli, Ağəli, Ovçubərə, Əmənkənd, Dövrüşlü kəndlərinə gedən kanalda 7-8 gündən bir 1-2 gün su peyda olur ki, camaatın həmin günlərdə götürdüyü su kanalın quruduğu günlərin hamısına tam çatışmır.Rayon sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, əvvəlki yay aylarında da belə problemlər yaşanırdı, lakin kanal 2-3 günlüyə quruyurdu. Bu ilki yay quraq keçdiyinə görə, kanalın ayağında yerləşən bu kəndlərə su çatmır, yuxarı kəndələrin camaatı zorluqla-xoşluqla suyu əkinlərə bağlayaraq kanalı tam qurudurlar. Hər dəfə rayon icra hakimiyyəti işə qarışır və bir neçə günə kanala su gətirmək mümkün olur.Problemin dəhşətli tərəfi odur ki, adı çəkilən kəndlərdə başqa su mənbəyi yoxdur və camaat içməli suyu da həmin kanaldan götürür, kanaldan götürülmüş bulanıq su xüsusi çənlərdə çökdürülür, sonra daşdan süzülür və s. Kəndlərdə içməli su şəbəkəsinin olmaması üzündəndir ki, kanalda su olmayan günlərdə Biləsuvarın həmin kəndlərinin camaatı içməli su əldə etmək üçün avtomobillə qonşu Cəlilabad rayonunun Alar kəndinə getməli olurlar. Avtomobillərə 3 litrlik bankalardan tutmuş 40 litrlik bidonlara qədər evdə olan bütün su qablarını doldururlar.Camaat su daşıyan avtomobillərdən də su alır. 5 tonluq avtomobillər təmiz içməli suyun maşınını 30 manata alır, bulanıq kanal suyunun maşını isə 10 manata satılır. Örüşdə su olmadığına görə, mal-qaranı da həyətlərdə suvarırlar. Buna görə də, bir çox ailələrdə gün ərzində 1 ton su işlədilir. Nəticədə ailələr ay ərzində suya 40 manatdan 150 manata qədər pul xərcləyirlər. Təbii ki, bu da daimi gəlir mənbəyi olmayan yoxsul kənd ailələri üçün çox böyük vəsaitdir.ANS PRESS-in məlumatına görə, bu məsələdə problem təkcə Biləsuvarın kəndləri ilə bağlı deyil, aran bölgəsinin yüzlərlə kəndi içməli suyu Arazdan və ya Kürdən gələn kanallardan götürürlər və əksəriyyətində də yayın qızmar günlərində bu cür susuzluq problemləri yaşanır. Bu, adı dünya üzrə su ilə zəngin ölkələr siyahısında olan Azərbaycan üçün normal sayıla bilməz.Elmi araşdırmalara görə, Azərbaycanın səth sularının illik ehtiyatı 19 milyard tondur. Bunun üzərində 10 milyard ton transsərhəd suları ehtiyatını və 5 milyard ton yeraltı suları gəlincə, ölkənin 34 milyrd ton içməli su ehtiyatı olduğu ortaya çıxır. Avropa normaları ilə bir insana gün ərzində 400 litr, yəni ildə 146 ton su lazımdır və 9,5 milyon Azərbaycan sakinini Avropa səviyyəsində su ilə təmin etmək üçün cəmi 1,3 milyard ton su lazımdır. Reallıqda isə hətta aran bölgəsində yaşayan 5 nəfərlik ailə həyət və mal-qara qarışıq gün ərzində 1 tondan artıq su işlətmir. Bu baxımdan Azərbaycanı tam su ilə təmin etmək üçün 0,7 milyrda ton da yetərlidir. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın bir çox bölgələri yenə də su sarıdan qıtlıq çəkir. Yəni mövcud olan imkanlardan istifadə edilmir.Amma "Azərsu" ASC-dən ANS PRESS-ə verilən məlumata görə, yaxın illərdə vəziyyət dəyişəcək və aranda içməli su verilməyən kənd qalmayacaq. Məlumatda bildirilib ki, ASC-nin həyata keçirdiyi Şirvan-Muğan qrup su kəməri layihəsi çərçivəsində 121 kəndi əhatə edəcək. 470 min sakini içməli su ilə təmin edəcək kəmər Biləsuvar rayonunun yuxarıda adı çəkilən kəndlərini də əhatə edəcək.Kəmər ilk növbədə içməli su sarıdan qıtlıq keçirən şəhərləri əhatə edib. 2013-cü ilin aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabr 4-də isə Biləsuvar şəhərləri içməli su ilə təmin edilib. "Yaxın bir-iki ilə layişənin əhatə etdiyi kəndlərə də su veriləcək. Hər bir kənd üçün ayrıca layihə işlənəcək və əhali fasiləsiz şəkildə içməli su ilə təmin ediləcək. O zaman kanal suyu yalnız suvarmaya istifadə ediləcək",- deyə ASC-dən bildirlər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol