• $
  • €
  • ₽
  • ₺
  • £

Arvadını və qayınanasını öldürəndən sonra avtobusun vurub öldürdüyü şəxs kimdir? - VİDEO

Arvadını və qayınanasını öldürəndən sonra avtobusun vurub öldürdüyü şəxs kimdir? - VİDEO
29.05.2020 00:38
Bakıda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Anews.az APA TV-yə istinadla xəbər verir ki, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yaşayan Təranə İsmayılova və anası Luiza İsmayılova yaşadıqları evdə öldürülüblər. Onları qətlə yetirən şəxs Təranə İsmayılova ilə 7-8 ay əvvəl ailə quran doğma dayısı oğlu Vaqif Hüseynovdur.

Evləndikləri müddət ərzində Vaqifin spirtli içkilərə meylli olduğu ortaya çıxıb və o, demək olar ki, evə hər gün sərxoş gəlib. Anası və bacısı öldürülən Rahib İsmayılov dayısı oğlu olan yeznəsinə ailəsi ilə yaşaması üçün həyətində hətta 2 otaqlı ev də verib. Sonra onun keçirdiyi həyat tərzinə görə, Vaqifi qovub. Yeri gəlmişkən, çəkiliş apardığımız vaxt Rahib İsmayılov affekt vəziyyətdə idi. Onu sakitləşdirmək üçün təcili yardım da çağırıldı.


Vaqif Hüseynov barışmaq üçün həyat yoldaşına bir neçə dəfə hədə-qorxu gəlib. Vaqif arvadını və qayınanasını öldürdükdən sonra onların meyitlərini yandırıb.

Qeyd edək ki, Vaqif Hüseynov cinayəti törətdikdən sonra qaçmağa cəhd göstərib, lakin "Azadlıq” prospektini keçərkən sərnişin avtobusu onu vurub. Onun hazırda 1 saylı şəhər xəstəxanasında olduğu deyilir. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol