• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc ictimai fəalın təhsil almasına əngəllər yaradılır? - AÇIQLAMA/ŞƏRH

Gənc ictimai fəalın təhsil almasına əngəllər yaradılır? - AÇIQLAMA/ŞƏRH
29.05.2020 05:10
NİDA Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü – keçmiş məhbus İlkin Rüstəmzadənin universitetə yenidən bərpa olunmasında problemlər yaranıb.

İlkin Rüstəmzadə digər 7 NİDA-çı fəalla birgə 2014-cü il mayın 6-da saxlnılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdna məhrum edilib.
O Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub. İlkin bu ilin martında İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.

O həbs olunan zaman İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi idi, menecment fakülitəsində təhsil alırdı.

Həbsdən sonra yenidən universitetə bərpa olunmaq üçün müraciət edən İlkin əngəllərlə qarşılaşıb.

Onun sözlərinə görə, Avqust ayında universitetə gedib. Deyiblər ki, bərpa edirik, amma əyaniyə gəlmə, tələbələrlə kontakt və onlar üçün yarana biləcək digər problemləri nəzərə alıb, təklifi qəbul edib.

İlkin deyir ki, sonra dedilər təhsil haqqı ödəməlisən. 2300 AZN (+900). Halbuki, mən pulsuzda oxuyurdum, üstəlik təhsil haqqı 900 olanda girmişdim universitetə. 2 ay əlləşdikdən sonra təhsil haqqı üçün də donor tapdım və dedim ki, yaxşı, cəhənnəm, ödəyəcəm. Dedilər, qəbul olunursan. Rektor səviyyəsində "Hə” deyildi.

"Dünən universitetdə rəhbərlik tərəfindən qəbul olundum. Mənə öz günahsızlıqlarını nümayiş etdirmək üçün təhsil nazirliyinin göndərdiyi məktubu göstərdilər. Yaşlı-başlı universitet əməkdaşları and-aman edirdilər ki, bu indiyədək formal prosedur idi, indiyədək rektorun prinsip razılığı verdiyi heç bir tələbəyə nazirlik yox verməyib. Mənə, əlbəttə aydındır ki, burada sifariş haradan və niyə gəlib”, - deyə İlkin Rüstəmzadə bildirib.

Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, İlkin Rüstəmzadə ödənişli əsaslarla oxuyub və qanunla dövlət onun təhsil haqqını ödəyirdi.

Onun sözlərinə görə, İlkin universitetə bərpa olunmaqla yanaşı, həm də təhsil xərclərini dövlət ödəməlidir.



"İlkin Rüstəmzadə ödənişli əsaslarla oxuyub və qanunla dövlət onun təhsil haqqını ödəyirdi. Universitetə bərpa olunmaqla yanaşı, həm də təhsil xərclərini dövlət ödəməlidir. Azərbaycan Respublikasında hər kəsin konstitusiya ilə təsbit olunan təhsil haqqı var və kiminə təhsil almasına əngəllər yaratmaq qanunsuzluqdur. Əvvəllər də belə şeylər olub. Ona görə də, İlkin məhkəməyə müraciət etməlidir və əminəm ki, birinci intansiya məhkəməsində qalib gələcək. Yox əgər məhkəmə haqqlı qərar çıxarmasa, digər instansiya məhkəmələrindən keçib, Avropa məhkəməsinə müraciət etməlidir. İlkin Rüstəmzadə bu məsələdə tam haqlıdır”, - deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini təqdim etmək üçün sorğu göndərsək də, hələlik sorğumuza cavab gəlmədi. Onların da mövqeyini dərc etməyə hazırıq.

Həzi
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol