Bakıda tələbə ölümlə hədələndi

Bakıda iranlı tələbə ölümlə təhdid edilib.
Noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu H. Hanifehzadehi ölümlə hədələyib.
O, Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























