• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin rəqibi geri çəkilir - Barışıq

“Lotu Quli”nin rəqibi geri çəkilir - Barışıq
02.12.2019 15:30
Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovla ("Lotu Quli”) konfliktdə olan gürcü əsilli kriminal avtoritet Badri Koquaşvili ("Badri Kutaisi”) mövqelərindən geri çəkilməyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, Rusiya mediasında yayılan məlumatlara görə, Badri Koquaşvili Nadir Səlifovla barışmaq niyyətindədir. 
Badri Koquşavili Nadir Səlifovun "qanuni oğru” titulunu şübhə altına almışdı. Onun "Quli”ni "qanuni oğru” hesab etməməsinin səbəbi isə başqa bir gürcü əsilli kriminal avtoritet Quram Çixladze ("Kvejeoeviç”) ilə bağlı baş vermiş insidentdir. Söhbət Quram Çixladzenin Nadir Səlifovla görüşdə vurulmasından gedir. Həmin görüşdə gürcü avtoriteti vuran şəxs Nadir Səlifova yaxınlığı ilə seçilən qazax əsilli kriminalitet Arman Cumagəldiyev ("Arman Dikiy”) olub. Arman Cumagəldiyevin Quram Çixladzeni vurmasının səbəbi isə ikincinin Nadir Səlifovla saymazyana tonda danışması olub.

Sonradan Arman Cumagəldiyev vurduğu şəxsin "qanuni oğru” olduğunu bilib. Bununla bağlı keçirilən "sxodka”da Arman Cumagəldiyev bildirib ki, Quram Çixladze Nadir Səlifovla görüşdən əvvəl onunla rastlaşıb. Aralarında yüngül mübahisə baş verib və Quram Çixladze özünü biznesmen  kimi təqdim edib. Sonradan Arman Cumagəldiyev bu "biznesmen”in Nadir Səlifovla saymazyana söhbət etdiyini görüb. Bundan qəzəblənən qazax əsilli avtoritet, keçmiş boksçu Arman Cumagəldiyev Quram Çixladzeyə zərbə endirib. Nadir Səlifov dərhal insidentə müdaxilə edib və tərəfləri sakitləşdirib. Eyni zamanda Arman Cumagəldiyevə Quram Çixladzenin də "qanuni oğru” olduğunu bildirib. Gürcü avtoritet də bu məsələnin üzərinə çox getməyib. Tərəflər sülhlə ayrılıb. Məsələdən xəbərdar olan Badri Koquaşvili dərhal Nadir Səlifovun "qanuni oğru” titulunu şübhə altına alıb.

Onun fikrincə, Nadir Səlifov "qanuni oğru” kimi Arman Cumagəldiyevi cəzalandırmalı idi. Çünki o, "qanuni oğru”ya əl qaldırıb. O, digər "qanuni oğru”lardan da bu məsələdə dəstək istəyib. Lakin gürcü avtoritetə yetərli dəstək verilməyib. Hətta "sxodka” onun özünün "qanuni oğru” titulunu şübhə altına alınıb.

Badri Koquaşvili Nadir Səlifovu bitirmək üçün hətta Avropadakı "qanuni oğru”larla görüş keçirsə də, heç bir nəticə əldə etməyib. Bu olay Badri Koquaşvilinin oğru dünyasındakı nüfuzuna sarsıdıcı zərbə vurub. İndi gürcü avtoritet nüfuzunu bərpa etmək üçün Nadir Səlifovla barışıq əldə etməyə çalışır. Lakin barışıq əldə etmək üçün o, Nadir Səlifovdan üzrxahlıq etməldir. Badri Koquaşvili isə məsələnin üzrxahlıq etmədən həllinə çalışır. Çünki üzrxahlıq etməsi onun sarsılmış nüfuzuna daha bir zərbə olar. Nadir Səlifovun isə onun kriminal aləmdəki ali titulunu şübhə altına alan bir şəxslə bu şəkildə barışacağı inandırıcı görünmür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol