• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı - FOTO

Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı - FOTO
29.05.2020 08:59
Azərbaycanda yaşayan Türkiyəli iş adamı Yusuf Ziya Dəmir yol polisinə təşəkkür edib.
BAKU.WS "avtosfer.az”a istinadən xəbər verir ki, bu barədə o, öz "Facebook” hesabında yazıb. Yusuf bəy deyir ki, Bakıdan İsmayıllı-Gəncə-Qazax istiqamətində səyahət edərkən çətin anlar yaşayıb.
"İsmayıllıda bir az qar var idi, havanın temperaturu -1 dərəcəydi, axşam 23.00-a yaxın idi. Maşınımın təkəri boşalmışdı. Ehtiyat təkəri dəyişmək istəyirdim.
Bu zaman qan təzyiqimin yüksəldiyini hiss etdim və bir az düşməyini gözlədim. Həmin baxt ərazidə xidmət aparan bir yol polisi mənə yaxınlaşıb problemin nə olduğunu soruşdu.
Təkəri dəyişdirməli olduğumu, amma təzyiqim olduğu üçün dəyişə bilməyəcəyimi dedim. Yol polisi təkəri dəyişdirməyimə kömək etdi.
Hətta məni xəstəxanaya aparmaq istədi, amma özüm gedəcəyimi söylədim və həmin polis qardaşımın telefon nömrəsi, adı və soyadı qeyd eddim. Təşəkkür edərək yolumda davam etdim”.

28 ildir Azərbaycanda yaşadığını bildirən Ziya bəy hər gün hər şeyin yaxşılaşdığını, insanların rifahının yüksəldiyini, psixoloji və sosioloji baxımdan daim müsbət inkişafların müşahidə edildiyini gördüyünü bildirib.
"Yol polislərinin vətəndaşa qarşı davranışı çox müsbətdir. Azərbaycanı hər gün irəli aparan siyasəti həyata keçirmək əzmində olan Prezidentimiz İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazov və DYP rəisi Ramiz Zeynalova xüsusilə təşəkkür edirəm”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol