• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib

Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib
17.01.2020 10:45
Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib.

"Report"un xəbərinə görə, hakim Sənan Hacıyevə bu gündən Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri vəzifəsinin icrası həvalə olunub.
Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü S.Hacıyev 2018-ci ildən Ali Məhkəmədə fəaliyyət göstərir. Ali Məhkəmənin ən gənc hakimi olan S.Hacıyev daha əvvəl Nərimanov Rayon Məhkəməsinin hakimi (2010-2013) və Bakı Apellyasiya Məhkəməsinin hakimi (2013-2018) olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.
Prezident İlham Əliyevin 2019-cu il iyulun 29-da təsdiq etdiyi "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol