• $
  • €
  • ₽
  • ₺
  • £

Avtovağzal Kompleksində "Libraff"ın oxu məntəqələri yaradıldı

Avtovağzal Kompleksində "Libraff"ın oxu məntəqələri yaradıldı
23.01.2020 20:00
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin gözləmə zallarında kitabxana tipli məntəqələrin açılışı olub.


APA-nın məlumatına görə, layihə "Libraff" Mağazalar Şəbəkəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birgə təşkilatçılığı ilə həyata keçirilib.


Layihənin əsas təşkilatçılarından olan "Libraff" Mağazalar Şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu jurnalistlərə açıqlamasında bildirib ki, məntəqələrin ərsəyə gətirilməsində məqsəd insanların kitaba, mütaliəyə olan marağını artırmaq, bu istiqamətdə təbliğat və təşviqatı gücləndirməkdir: "Sərnişinlər öz nəqliyyat vasitələrini gözləyərkən bu məntəqələrə yaxınlaşaraq vaxtlarını səmərəli keçirə biləcəklər. Məntəqələrdə latın və kiril qrafikası əsasında Azərbaycan və dünya ədəbiyyatından olan müxtəlif məzmunlu kitablar toplanılıb. Hər yaşdan olan sərnişinlər sırf onları maraqlandıran məzmunlarda əsərləri rahatlıqla oxumaq imkanı qazanacaqlar. Oxu zallarında balacalar üçün də səmərəli şərait yaradılıb və rəflərdə onların yaş həddinə uyğun kitablar yer alıb. Mən sərnişinlərə belə bir təşəbbüsə səslənərək vurğulamaq istəyirəm ki, özləri ilə gətirdikləri kitabları bura qoya bilərlər. Çünki onlardan sonra kimsə bu kitablardan yararlanmaq şansı qazanacaq".


C.Nəzəroğlu belə bir layihənin reallaşmasına dəstəklərini nümayiş etdirdikləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyinə minnətdarlığını çatdırıb: "İnanırıq ki, bu layihə tez bir zamanda özünü doğruldacaq, insanlarımız razı qalacaqlar. Cəmiyyətimizdə kitaba getdikcə artan marağı nəzərə alaraq biz də bu sosial layihə ilə hər bir insanın fərdi inkişafının, dünyagörüşünün, mütaliəyə olan həvəsinin daha da yüksəlməsinə ikiqat yardımçı olacağıq. Bu, 2020-ci il üçün bu məzmunda olan ilk tədbirimizdir. İl ərzində bu istiqamətdə olan layihələr davamlı şəkildə həyata keçiriləcək. Əminəm ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dəstəyi ilə gələcəkdə regionlarda yerləşən avtovağzallarda da layihəni davam etdirə biləcəyik".


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova isə qeyd edib ki, belə bir təşəbbüs vətəndaşların gözləmə zallarında vaxtlarını səmərəli keçirmələri üçün olduqca önəmlidir: "Artıq iki gözləmə zalımızda kitabxana tipli məntəqə yaradılıb. Ümid edirəm ki, bu təşəbbüs sərnişinlərimiz tərəfindən də rəğbətlə qarşılanacaq və kitabxanada olan kitabların səliqəli saxlanılmasında, itməməsində onlar da səy göstərəcəklər"

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol