• $
  • €
  • ₽
  • ₺
  • £

Seçiciyə yalan vəd verən namizədlər - Onları hansı cəza gözləyir?

Seçiciyə yalan vəd verən namizədlər - Onları hansı cəza gözləyir?
23.01.2020 14:54
9 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir.
 
Bu mərhələdə namizədlər seçki kampaniyasının uğurunu əsasən seçiciləri ilə görüşlərdə verilən vədlərdə görür. Kampaniya çərçivəsində şəhid ailələri ilə görüşən, əlillərə, xəstələrə baş çəkən, görüşdən sonra insanlar üçün konsert təşkil edən namizədlər bunu seçicilərinin yaşadığı bölgənin problemlərinin həllində təminat kimi anlaşılmasına çalışır. Əlbəttə ki, seçkilər bitdikdən sonra verilən vədlərin əksəriyyəti havada qalır.
 
Maraqlıdır, qeyri-real vədlərin verilməsi namizədin seçkidə qalib gəlməsinə nə dərəcədə təsir edir? Qanunvericilikdə bununla bağlı hər hansı qadağa varmı?
 
Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış hüquqşünas, keçmiş deputat Əliməmməd Nuriyev namizədlərin seçicisinin səsini qazanmaq üçün belə vədlər verməsinin qadağan olmadığını deyir:
 
"Əlbəttə ki, seçkidə hər zaman populizm olub və bu davam edəcək. Real olmayan vədlərin verilməsində əsas məqsəd nəyin bahasına olur-olsun, seçicinin səsini qazanmaqdır. Namizəd düşünür ki, əgər o seçiləcəksə, beş il müddətində vəziyyətdən çıxış imkanları tapacaq. Vədlər niyə yerinə yetirilmədi? Bunun günahkarı kimdir? Həmişə günahkar başqa yerdə axtarılır. Ona görə də ən əsas məsələ ondan ibarətdir ki, deputatlığa namizəd həm çıxışlarında, həm də platformasında zorakılğa, hakimiyyətin ələ keçirilməsinə çağırışlar edə bilməz, irqi ayrı seçkiliyi yaya bilməz. Belə çağırışlar olarsa, şübhəsiz ki, namizədin seçkidən kənarlaşdırılması, onun namizədliyinə xitam verilməsi ilə nəticələnə bilər. Lakin qanundankənar bir hal yoxdursa, qeyri-adi vədlərinə, populizminə görə namizədi məsuliyyətə cəlb etmək olmaz. Məsələn, "əməkhaqqı beş dəfə artırılacaq”, "pensiya on dəfə artırılacaq”, yaxud da "filan rayonda metro tikiləcək” tipli vədlər artıq seçicinin qiymətləndirməsinə qalır.
Eyni dairədən çoxsaylı namizədlər olur. Namizədlərin funksiyalarında biri də odur ki, rəqibinin qeyri-real vədlər verməsi ilə bağlı seçiciləri məlumatlandırıb, inandırsın və daha çox seçicini öz ətrafına toplasın”.
 
Əliməmməd Nuriyev onu da qeyd edir ki, seçkilərdə qeyri-real vədlər verən namizədlərin bu addımı bəzən işə yarayır:
 
"Bir sıra hallarda seçicilər belə vədlərə inanırlar. Məsələn, yadıma gəlir, 1992-ci ilin prezident seçkilərində namizədlərdən biri "çörək pulsuz olacaq”, "benzinin qiyməti aşağı olacaq” kimi qeyri-real vədlər verirdi, amma xeyli də səs qazanmışdı”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol