• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə deputatlığa namizədlərin adına “xütbə” oxutdurulur - TƏFƏRRÜATLAR

Bərdədə deputatlığa namizədlərin adına “xütbə” oxutdurulur - TƏFƏRRÜATLAR
24.01.2020 14:15
Bərdədə yas məclislərində din xadimləri bəzi namizədlərin təbliğatını aparır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ərəstun Əlizadə bildirib. Onun sözlərinə görə, din xadimlərinə göstəriş Bərdənin axundundan gəlib. Axund isə bunu icra başçısı Vidadi İsayevin tapşırığı əsasında edir. 

"Bərdənin axundu Rza əfəndi Bərdənin icra başçısı Vidadi İsayevin tapşırıqları əsasında bütün mollalara göstəriş verib, yas yerlərində nəzərdə tutduqları "namizədlərə" "xütbə" oxutdurur”, - deyə Ərəstun Əlizadə bildirib.

Məlumat üçün deyək ki, Bərdədə iki seçki dairəsi var: 93 saylı Bərdə şəhər seçki dairəsi və 94 saylı Bərdə kənd seçki dairəsi.
Şəhər dairəsindən yerli hökumətin dəstəklədiyi namizəd Fatma Yıldırım, kənd dairəsindən isə Zahid Orucdur.

Bundan başqa məlum olub ki, Fatma Yıldırım Bərdənin Cumalar və Kafarlı kəndlərində yol problemini həll edib. 

Ərəstun Əlizadə bildirib ki, bu açıq-aşkar qanun pozuntusudur. "Hətta bunu mətbuatda da işıqlandırıblar. Bu özbaşınalıqdır, bunun başında isə Bərdənin icra başçısı dayanır”, - deyə Ərəstun Əlizadə vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol