• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır?

Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır?
27.01.2020 12:56
74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa "əbədi” namizəd Hadi Rəcəblinin seçicilərə 20 manatdan pul və hərəyə bir qutu yağ bağışladığı xəbərləri yayılıb.

Reportyor.info-nun məlumatına görə, Lənkəranın kəndlərində seçicilərin dəstəyini və səsini almaq üçün H.Rəcəblinin seçki qərargahının üzvləri onun tapşırığı ilə bir qrup adama 20 manat və yağ hədiyyə ediblər. Bu da təbliğat kampaniyası dövründə yolverilməz haldır və seçki qanunu pozmaq kimi qiymətləndirilir. Deputatlığa namizəd seçicinin səsini qazanmaq üçün şirnikləndirici vasitələrdən istifadə edə, pul və digər qiymətli hədiyyələr paylaya bilməz. Namizəd təbliğat kampaniyasında seçicilərlə görüşüb, platformasını açıqlamalıdır, insanların problemlərini öyrənməlidir, deputat seçilərsə Milli Məclisdə hansı məsələləri qaldıracağını vəd verməlidir. Onun işi pul paylamaq, ərzaq vermək, yol çəkdirmək, park tikdirmək deyil.

Amma Lənkəran kənd seçki dairəsindən "əbədi” deputat olan və hər çıxışı qalmaqal, qıcıq doğuran, müəllimə dərsdən sonra fəhləlik edən söyləyən Hadi Rəcəbli təzədən mandat iddiasındadır. Onun yenidən deputat ediləcəyi şübhəsizdir. Çünki bu dairədə rəqibləri demək olar ki, yoxdur, onlar formal olaraq irəli sürülüblər, əksəriyyəti işsizdir, yaxud da müəllimdir
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol