• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatla namizəd arasında qalmaqal: “Prezident tikir, siz öz adınıza yazırsınız” - Video

Deputatla namizəd arasında qalmaqal: “Prezident tikir, siz öz adınıza yazırsınız” - Video
30.01.2020 11:19
80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd deputat Çingiz Qənizadə Beyləqanın Dünyamalılar kəndində etirazla qarşılanıb. 

Yenisabah.az xəbər verir ki, kənd sakinləri onlarla görüşə gələn Çingiz Qənizadəni sərt tənqid ediblər.

Sakinlər Çingiz Qənizadəyə 10 il deputat olduğunu xatırladaraq seçicilərlə maraqlanmadığını bildiriblər. "Kənddə bir körpə uşağın ciyərində problem var idi, dəyişmək lazım idi. Getdim Çingiz müəllimin yanına dedim ki, kömək elə. Amma o uşağa kömək eləmədin. Ay camaat kimin vicdanı var desin, mən düz danışıram, ya yox”, -deyə sakinlərdən biri bildirib.

Çingiz Qənizadə Dünyamalı kənd sakinlərinə "Qonağı bu cür qarşılacağınızı gözləmirdim” deyən zaman isə onlar "10 il qonaq olmusan” cavabını veriblər. Sakinlərdən bir isə bildirib: "Dünyamalılar kəndi qonaq qarşılayıb yola salmaqda ən seçilmiş kənddir. 10 il ərzində bircə dəfə gəlib şəhidləri ziyarət etməmisiniz, camaat üçün heç nə etməmisiniz”.

Çingiz Qənizadə isə cavabında "etmişəm” deyib. Bu zaman kənd sakinləri "Onda yəqin bu kənd yatıb ki, bundan xəbəri olmayıb” deyə deputatı yalan danışmamağa çağırıblar.

Çingiz Qənizadə kənddəki məktəbi göstərən zaman isə sakinlər deyib: "Onu İlham Əliyevlə Mehriban xanım tikib. Öz adınıza yazmayın. Bəlkə Rusiyada taxta-şalbandan qazandığın pullarla tikmisən? Prezident tikir siz öz adınıza yazırsınız. Camaatı aldatmayın”. Yenisabah.az görüşün videosunu da təqdim edir.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol