• $
  • €
  • ₽
  • ₺
  • £

"16 yaşlı Fatimənin toyunda polisə məlumat vermişdik" - İDDİA - AÇIQLAMA

"16 yaşlı Fatimənin toyunda polisə məlumat vermişdik" - İDDİA - AÇIQLAMA
28.05.2020 22:54
 Masallıda öldürülən 16 yaşlı Fatimənin ölümü ilə bağlı yeni fakt ortaya çıxıb.
 
Anews.az xəbər verir ki, meydan tv-yə müsahibə verən Masallı rayon Həsənli kəndinin icra nümayəndəsi Vəzir Hüseynov bildirib ki, "Fatimə Qəmbərovanın qız toyu olan vaxtı bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik". 
 
Məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin cənub bölgəsi üzrə mətbuat katibi Məhəmməd Rzayevlə əlaqə saxladıq.
 
O, bildiridi ki, bu məsələni hal-hazırda prokurorluq araşdırdığı üçün heç bir məlumat vermək mümkün olmayacaq.
 
Məhəmməd Rzayev onu da qeyd etdi ki, ölən gəlinin 16 yaşı yox, 17 yaşı olub. 

Qeyd edək ki, Fatimə Rzayeva 23.08.2003 il tarixində doğulub.
 
Ailə məcəlləsinin 10-cu maddəsinin (nikah yaşı)

 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
 
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 


 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol