• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ nümayəndə heyəti Azərbaycanı beynəlxalq tədbirdə təmsil etdi

ARGTMŞ nümayəndə heyəti Azərbaycanı beynəlxalq tədbirdə təmsil etdi
04.08.2014 21:59
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası 3 əsas fəaliyyət istiqamətini özündə birləşdirən 3G strategiyası çərçivəsində fəaliyyətini davam etdirir. Gənclərin əməkdaşlığının gücləndirilməsi istiqaməti çərçivəsində ARGTMŞ-nın nümayəndə heyəti Rusiya Federasiyasında, “Birlik” Beynəlxalq Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən IV Beynəlxalq Gənclər Düşərgəsində iştirak edib. ARGTMŞ nümayəndə heyətinin tərkibində ARGTMŞ-nın sədr müavini Ramiz Əliyev və gənclər təşkilatlarının nümayəndələri yer alıb. Tədbirdə 15 dövlətin (Аzərbaycan, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Rusiya, Ukrayna və s.) gənc liderləri, ictimai təşkilatların fəalları, gənclər parlamentlərinin üzvləri, tələbə birliklərinin nümayəndələri, gənc bloqçular və jurnalistlərindən ibarət 70 gənc iştirak edib.Tədbirə təntənəli açılış mərasimi ilə start verilib. Daha sonra iştirakçılar tədbirin yerləşdiyi Kaluqa vilayətinə yola düşüblər.Düşərgə zamanı iştirakçıların beynəlxalq ekspertlərlə görüşü təşkil olunub, iştirakçılara mədəniyyətlərarası dialoq, gənclərin beynəlxalq əməkdaşlığı mövzularında müxtəlif təlim və seminarlar keçirilib. Təlimlər başa çatdıqdan sonra iştirakçılar komandalara bölünərək işçi qruplar şəklində layihələr hazırlayıblar.Düşərgə zamanı həmçinin mədəniyyət gecələri və yaradıcı tədbirlər təşkil edilib. Qeyd olunan tədbirlərdə Azərbaycan xalqının qədim tarixə əsaslanan adət-ənənələri və milli dəyərləri iştirakçıların nəzərinə çatdırılıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol