• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusdan şübhələnib xəstəxanaya gəldi: Dərman olmadıqda həkimlərə öskürdü - VİDEO

Koronavirusdan şübhələnib xəstəxanaya gəldi: Dərman olmadıqda həkimlərə öskürdü - VİDEO
01.02.2020 09:54
Çinin Syaoqan şəhərinin sakini  ona lazım olan dərmanları vermədikləri üçün həkimlərin üstünə qəsdən öskürüb.

"AsiaOne” xəbər agentliyinin məlumatına əsasən, adam 2019-nCoV koronavirus epidemiyasının baş qaldırdığı qonşu Uxanda olub.  Səfərdən sonra onun səhhəti pisləşib. Çinlinin temperaturu 39 dərəcəyədək yüksəlib və dörd gün ərzində düşməyib.

O, Syaoqan Mərkəzi Xəstəxanasına müraciət edib, lakin tövsiyə edilən müalicənin təsiri olmayıb. Çinli təkrar müayinə üçün başqa bir xəstəxanaya yollanıb. Resept üzrə dərman almağa çalışdıqda isə ona bitdiyi deyilib. Bundan sonra o, üzündəki qoruyucu maskasını çıxarıb həkimlərin üstünə öskürüb. Nəticədə ərazi dezinfeksiya edilib.

Bir qədər sonra çinli polis tərəfindən saxlanılıb. Lakin məlum olub ki, xəstə sadəcə adi soyuqdəymədən əziyyət çəkirmiş.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
https://twitter.com/RfaCantonese/status/1222204588339662849
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol