• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda 9 iqlim qurşağı yoxdur" — İllərdir səhv bilirdik

"Azərbaycanda 9 iqlim qurşağı yoxdur" — İllərdir səhv bilirdik
01.02.2020 10:08
Bəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir.

"Anews.az" xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir.

M.Həsənov qeyd edib ki, Azərbaycandakı 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var. Bunlar yarımsəhra və quru çöl iqlimi, qışı quraq keçən mülayim-isti iqlim, yayı quraq keçən mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntısı bərabər paylanan mülayim-isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağlıq tundra iqlimidir.

Alim qeyd edib ki, bəzən mövcud iqlim qurşağının sayı ilə yanaşı, iqlim tiplərinin sayı barədə də səhv fikirlər yazılır: "Əslində ölkəmizdəki yarımsəhra və quru çöl iqlim tipi iki yerə (qışı soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl və qışı mülayim, yayı isti, quraq keçən yarımsıhra və quru çöl) bölünür. Onların hər biri ayrıca iqlim tipi kimi qəbul edilir və beləliklə də yanlış olaraq, ölkəmizdə 9 iqlim tipinin olduğunu söyləyirlər".
Birinci yarımtip Naxçıvan MR-nın Arazboyu maili düzənliklərində, ikinci yarımtip isə Kür-Araz ovalığı, Qobustan, Ceyrançöl, Samur-Dəvəçi ovalığı və s. yerlərdə müşahidə edilir. M.Həsənov qeyd edib ki, iqlim tiplərinin sayı ilə bağlı yaranmış səhv fikir artıq bəzi mənbələrdən qaldırılır.
Alim kurrikulum əsasında hazırlanan yeni dərsliklərdə də iqlim tiplərinin sayının artıq 9 deyil, 8 göstərildiyini açıqlayıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol