Gədəbəydə dəhşətli qəza: "06" parça-parça oldu - FOTO

Gədəbəy rayonunda ağır yol qəzası qeydə alınıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. İlkin məlumata görə kəndlər arası sərnişin daşıma ilə məşğul olan mikroavtobusla minik maşını toqquşub.
Hadisə nəticəsində bir nəfər, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Səfərov Azər Bayram oğlu dünyasını dəyişib.
7 nəfər müxtəlif dərəcəli xəsarətləri alıb. Yaralılardan 1985-ci il təvəllüdlü İsmayılov Şahin Şamil oğlu və 1967-ci il təvəllüdlü Şəmilova Şəhla İsgəndər qızı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Digər yaralılar - 2002-ci il təvəllüdlü Abbasov Coşqun Ələkbər oğlu, 1985-ci il təvəllüdlü Budaqov Emin Zakir oğlu, Ələkbərov Ağa Ələkbər oğlu, Məmçədəliyeva Mənzər Mikayıl qızı, Sadıqova Solmaz İslam qızı yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur