Azərbaycan Ordusu yüksək rütbəli hərbçisini itirib

Azərbaycanda hərbi hissə komandiri vəfat edib. APA-nın məlumatına görə, Silahlı Qüvvələrin Salyanda yerləşən intizam xarakterli hərbi hissəsinin komandiri, polkovnik-leytenant İxtiyar Məmmədov dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, İ. Məmmədov məzuniyyətdə olarkən, Ağdaş rayonunda yaşadığı evdə dünyasını dəyişib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























