• $
  • €
  • ₽
  • ₺
  • £

Nərminin qatilinin polis qohumu saxlanıldı? – RƏSMİ

Nərminin qatilinin polis qohumu saxlanıldı? – RƏSMİ
04.02.2020 13:33
İlkin Süleymanovun əmisi oğlu, polis əməkdaşı Murad Süleymanov polis nəzarətindədir.

Publika.az xəbər verir ki, bu barədə Axar.az-a Murad Süleymanovun Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan yaxınları bildirib. Onlar iddia ediblər ki, M.Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialara görə polis tərəfindən nəzarətə götürülüb.

Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov bildirib ki, Murad Süleymanovun nəzarətə götürülməsi və ya saxlanılması barədə yayılan xəbərlər əsassızdır:

"Murad Süleymanovun nəzarətə götürülməsi, saxlanılması əsassız iddiadır. Hazırda o, Tovuzda deyil, telefon nömrəsinə də zəng çatmır”.

Eşqin Qasımov M.Süleymanovun işdən azad edilmək üçün ərizə yazmadığını da qeyd edib:

"Açıqlama vermişdi ki, işdən azad edilməsi ilə bağlı ərizə yazıb. Amma Murad Süleymanovun Tovuz Rayon Polis Şöbəsində rəsmi ərizəsi yoxdur. Hazırda polis əməkdaşı vəzifəsindən azad edilməyib”.

Murad Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi zamanı əmisi oğlu, qətldə şübhəli bilinərək saxlanılan İlkinin evində icazəsiz axtarış aparılması, polis yoldaşlarının ona hörmətsizlik etməsi və İlkinin şərlənərək həbs edildiyi, hətta özünün də şərlənmə ilə üz-üzə qalması barədə iddialar səsləndirmiş və buna görə də xidmətdən azad olunmaq üçün ərizə ilə müraciət etdiyini bildirmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol