• $
  • €
  • ₽
  • ₺
  • £

Bölgələrdə sığınacaqlar tikiləcək

Bölgələrdə sığınacaqlar tikiləcək
04.08.2014 14:44
Bununla əlaqədar nazirlik müvafiq təkliflər hazırlayacaqÖlkənin müxtəlif bölgələrində sosial sığınacaqların tikilməsi nəzərdə tutulur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, ƏƏSMN tərəfindən sosial xidmətlər sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün sosial reabilitasiya əhəmiyyətli yeni obyektlərin yaradılması istiqamətində müvafiq işlər aparılır.Hazırda nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Qobustan rayonunda isə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur. Həmin yeni sosial obyektlərin cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.Qeyd olunan İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir. ƏƏSMN ölkənin ayrı-ayrı regionlarında da belə obyektlərin yaradılmasını nəzərdə tutur. Belə ki, nazirlik tərəfindən Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında da Yetkinlik yaşına çatmayanlar üçün hər biri 30 yerlik İxtisaslaşmış Reabilitasiya Mərkəzlərinin və 25 yerlik Sosial Sığınacaqların tikilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq müvafiq ekspertizadan keçib. Növbəti ilin dövlət investisiya proqramı layihəsi ilə bağlı hazırlanan təkliflər sırasında həmin obyektlərin inşası da yer alacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə təsdiqlənmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nə əsasən, müəyyən yaşayış yeri olmayan şəxslərə stasionar şəraitdə sosial xidmətlər göstərilməsi nəzərdə tutulur. Buna, eləcə də cəmiyyətin ehtiyaclarına uyğun olaraq, ƏƏSMN belə sosial sığınacaqların xidmətlərinin daha yuxarı yaş qruplarında olan, müəyyən yaşayış yeri olmayan və çətin həyat şəraitində yaşayan şəxsləri də əhatə etməklə genişləndirilməsi niyyətindədir. Bununla əlaqədar nazirlik müvafiq təkliflər hazırlayacaq.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol