• $
  • €
  • ₽
  • ₺
  • £

10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib - AUDİO

10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib - AUDİO
05.02.2020 16:53
Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə bağlı "YouTube”da yayılan səs yazısı əməliyyat istintaq qrupuna təhvil verilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qeyd edək ki, internetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir.Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.

Anonim müəllif qızın nənəsigilə gedəndə A.A. tərəfindən qaçırıldığını və qurbanı boş bir evin zirzəmisində saxlanıldığını deyib. Onun iddiasına görə, sonradan həmin yerdə qızın qan izlərinə rast gəlinib. O, həmçinin oğurlanan qıza təcavüz edildiyini iddia edir.

Daha sonra mənbə qətlə yetirilən Nərminin cəsədinin A.A. tərəfindən yandırdığına şahid olan kəndlilərin olduğunu deyir və onların konkret adlarını çəkir.

Baş Prokurorluq səs yazısının araşdırılmalı olduğunu bildirərək, bu məlumatı hələ şərh etməyib.

Xatırladaq ki, Nərmin Quliyeva ötən il noyabrın 21-də qonşularında toy mərasimi zamanı qaçırılmışdı. O, yanvarın 6-da yaşadığı evin yaxınlığında öldürülmüş və yandırılmış halda tapılmışdı. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol