• $
  • €
  • ₽
  • ₺
  • £

Nərminin qətlində adı hallanan şəxs DANIŞDI

Nərminin qətlində adı hallanan şəxs DANIŞDI
05.02.2020 17:53
Mənim Nərmini qətlə yetirməyimlə bağlı yayılan məlumatların hamısı əsassızdır.

Bu sözləri Axar.az-a Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səs yazısında Nərminin qatili olduğu iddia edilən Altay Ələkbərov deyib. O bildirib ki, haqqında qeyd edilən iddiaların hamısı İlkin Süleymanovun yaxınları tərəfindən ortaya atılıb:

"Səhər bu məsələyə görə şəxsən özüm prokurorluğa gedib ərizə yazdım ki, mənə şər atılır. Bu şəri də mənə İlkin Süleymanovun yaxınları atır.
 
Mənim bu günə qədər Tovuzda heç kimlə problemim olmayıb. Gah dedilər guya əxlaqsız hərəkətlərim olub, gah da dedilər ki Nərminin atası Şərif Quliyevi heyvan oğurluğuna görə polisə şikayət etmişəm. Bunların hamısı yalandır.
 
Mənim bu günə qədər polisə düşəcək bir işim də olmayıb. Sadəcə Nərminin meyiti yanan zaman hadisənin şahidi olmuşdum. Buna görə hüquq-mühafizə orqanlarına şahid kimi ifadəmi vermişdim.

Mənim hadisə barədə ifadə verməyimi İlkinin qardaşı Bəhruz Süleymanov da gördü. Elə bildilər ki, mən İlkinə şər atmışam. Bu hadisədən sonra mənim haqqımda belə yalan məlumatlar yayıldı.
 
38 yaşım var, heç kimlə problemim olmayıb. Nərminin ailəsi ilə qonşu kimi münasibətim yaxşı olub, heç bir ədavətimiz də olmayıb. Xahiş edirəm, mənim haqqımda yayılan bu məlumatlara inanmayın”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol