• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi jurnalistlərə səsləndi

Müdafiə Nazirliyi jurnalistlərə səsləndi
04.08.2014 12:52
"Cəbhə bölgəsindən xəbər verən jurnalistlər bəzən özləri də bilmədən düşmən tərəfi məlumatlandırırlar. Çox təəssüf ki, bir neçə gün öncə cəbhə xətindən verilən xəbərlərdə hərbi texnikanın sayı, hansı istiqamətə doğru irəlilədiyi fotolarla açıq-aşkar internet saytlarda yerləşdirilmişdi".Movqe.az-a bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı söyləyib. Onun sözlərinə görə, bəzi saytlarda həta hərbi hissələrin nömrəsi, yerləşdiyi ərazinin ünvanı da dəqiqliklə göstərilib ki, bu da hərbi sirrinin qorunması baxımından yolverilməzdir: "İndi jurnalistlərin demək olar ki, hamsının əlində mobil telefon, çəkiliş aparmaq üçün texniki avadanlıq var. Cəbhə bölgəsinə yollanan jurnalistlər hərbi texnikaların şəklinə dək çəkərək saytlara yerləşdiriblər. Bu qətiyyən yolverilməzdir. Bəzi mətbu orqanlar cəbhə bölgəsindən yalnış məlumat verməklə ictimaiyyət arasında çaşqınlıq yaradıblar. Biz onlara deyirik ki, belə vəziyyətlərdə jurnalistlər vətəndaş mövqeyindən çıxış etməli, hər bir məlumatı Müdafiə Nazirliyindən dəqiqləşdirdikdən sonra yaymalıdırlar".Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da cəmiyyətə yalnış informasiya ötürən, hərbi hissələrin, hərbi texnikanın sayınadək dəqiq informasiya yayan mətbu orqanları qınayıb. Movqe.az-a danışan. Ə. Amaşov bildirib ki, məbuat bu məsələdə həssas olmalı, milli maraqlardan çıxış etməlidir: "Jurnalistikada xəbərləmə önəmli olsa da, cəbhə bölgəsi ilə bağlı veriləcək hər bir informasiya Müdafiə Nazirliyi ilə dəqiqləşdirildikdən sonra yayılmalıdır. Bundan əlavə jurnalistlərin döyüş texnikasının sayı, hansı istiqamətə yerdəyişməsi barədə məlumatlar verməsi qətiyyən yolverilməzdir. Jurnalistlər anlamalıdırlar ki, düşmən tərəf Azərbaycanda saytları anbaan izləyir, ən dəqiq məlumatları mediadan əldə edir. Ona görə də, bu məsələdə həssas olmalı, hərbi sirlərin düşmənin əlinə keçməsinə xidmət edən məlumatları yaymamalıdırlar". 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol