• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yoluna görə Xırdalan qəbiristanlığı söküləcək? - AÇIQLAMA

Bakı-Sumqayıt yoluna görə Xırdalan qəbiristanlığı söküləcək? - AÇIQLAMA
07.02.2020 10:42
Bakı-Sumqayıt yolunun səhər və axşam saatlarında tıxac olması hər gün bu yoldan keçənlərin qarşılaşdıqları adı haldır.

Və demək olar ki, bu yoldan istifadə edənlər saatlarla tıxaclarda qalacaqlarını göz önünə alırlar.

Yaranmış mənzərə aidiyyatı qurumları da ciddi narahat edir.

Buna görə də, 2019-cu ilin sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məsələ ilə bağlı ölkə rəhbərliyinə məlumat verib.

Dövlət başçısı isə bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Hazırda ölkə başçısının sərəncamına əsasən Bakı-Sumqayıt yolunda genişləndirmə işləri həyata keçirilir.

Ancaq bu genişləndirmə prosesi xeyli evlərin sökülməsinə gətirəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli mətbuata açıqlamasında bildirib ki, yolun genişləndirilməsi davam etdirilir.
Hətta yol kənarında yerləşən evlərin, obyektlərin söküntüsü də həyata keçirilir.

İnsanları narahat edən əsas məsələ Xırdalan qəbiristanlığı ilə bağlıdır.

Belə ki, qəbiristanlığın Bakı-Sumqayıt yolunun hərəkət zolağında yerləşdiyindən, onun sökülməsi də planın tərkib hissəsi ola bilər.

Həmçinin, Xırdalan qəbiristanlığı şəhərin ən böyük qəbiristanlıqlarından biridir.

Məsələ ilə bağlı Anar Nəcəfli bildirib ki, qəbiristanlıq söküntü işlərinə daxil deyil: "Xırdalan qəbiristanlığı ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Çünki qəbiristanlığın sökülməsi yolun genişləndirilməsi planına daxil deyil”.

Qurum rəsmisi nəinki qəbiristanlığın, onun hasarlarının da sökülməsinin gündəmdə olmadığını əlavə edib. (Modern.az)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol