• $
  • €
  • ₽
  • ₺
  • £

Əməyin Mühafizəsi Xidməti yaradılacaq

Əməyin Mühafizəsi Xidməti yaradılacaq
04.08.2014 10:33
 Azərbaycanda işçilərin təhlükəsiz iş şəraitini təmin etmək məqsədilə nazirlik, komitə və digər icra  strukturlarında təkmilləşdirmə aparılmaqla, Əməyin Mühafizəsi Xidmətinin yaradılması təmin ediləcək. APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəliklər sırasında yer alıb. Tərəflər əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq, işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək, işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq,  işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını, əsaslı və cari təmirini həyata keçirmək barədə də öhdəlik götürüblər. Eyni zamanda tərəflər işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə istirahət evlərinə, turist bazaları və sanatoriya-kurort müəssisələrinə müvafiq yollayışlar vermək, işçilərin məzuniyyət dövrünün səmərəli keçirilməsi üçün istirahət evləri (pansionatlar) yaratmaq və əməkdaşların istifadəsinə vermək, idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində davamlı olaraq onların iştirakını təmin etmək barədə öhdəlik götürüblər. Nazirlik, komitə, idarə, müəssisə və digər qurumlar tərəfindən əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə Baş Kollektiv Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də daxil olduğu komissiyalar yaradılmaqla, bu sahədə tənzimləmə həyata keçiriləcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol