• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır - RƏSMİ

Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır - RƏSMİ
09.02.2020 14:34
"Seçki prosesinin ideal keçdiyini desək, bu utopik bir yanaşma olar. Dünyanın heç bir yerində ideal seçki yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov seçkinin hazırki vəziyyətini şərh edən zaman deyib.
O bildirib ki, seçki prosesi çox canlı keçir:

"Seçki maraqlı, emosiyaların tüğyan etdiyi bir prosesdir. Desək ki, namizədlər bir-birinə qarşı tam rəğbətlə yanaşır, bu qeyri-real olar. Bu bir mübarizədir. Proses zamanı istər-istəməz emosiyalar ortaya çıxır. Biz sosial şəbəkələrdə yayılan məlumatları da araşdırırıq. Çox zaman bu şikayətlər bir neçə namizədin əhatəsində tirajlanır.
 
Narazı olan namizədlər, onların müşahidəçiləri prosesə bir qədər hərarətlə yanaşırlar. Namizədlərin qanunları çox səthi bilib nə isə tələb etmələrinə baxmayaraq, seçki dairələrində  onlara çox səbirlə davranılır və qaydalar izah olunur.
 
Seçicilər qaynar xəttə müraciət edərək bildirirlər ki, namizədlərin nümayəndələri qışqıraraq danışırlar. Bu, qeyri-etik haldır. Bəzən məntəqə seçki komissiyalarının işinə mane ola biləcək hallar yaşanır. Hazırda kifayət qədər şəffaf seçki mühiti maşahidə olunur. Hər hansı neqativ halların olması istisna deyil.

Sosial şəbəkələrdə yayılan mənfi və ya müsbət məlumatların özü belə şəffaflığa xidmət edir. 24 siyası partiya 35 mindən çox müşahidəçi ilə bu prosesə qatılıb. 58 ölkədən 880-dən çox xarici maşahidəçi prosesi izləyir. Bunlar böyük rəqəmlərdir və birbaşa seçkinin açıq olmasına xidmət edir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol