Nərimanovda “Lexus” dəhşətli qəza törətdi – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi "Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
www.anews.az
























