• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə ərazisində temperatur iqlim normasından 2,5 dərəcə aşağı endi

Ölkə ərazisində temperatur iqlim normasından 2,5 dərəcə aşağı endi
10.02.2020 13:05
Azərbaycanda müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-u səhərədək ölkə ərazisində qar yağıb. Bəzi şimal və şərq rayonlarında qar intensiv və güclü olub. Güclü qərb küləyi əsib.

Qar örtüyünün hündürlüyü - Xınalıqda 50 sm, Sarıbaş (Qax), Ağdərədə 45 sm, Qrızda 42 sm, Qəbələdə 38 sm, Şahdağda 37 sm, İsmayıllıda 32 sm, Altıağacda 28 sm, Oğuz, Lerikdə 26 sm, Xaltanda 20 sm, Qusar, Yardımlıda 16 sm, Daşkəsən, Qubada 15 sm, Gədəbəydə 14 sm, Göyçayda 12 sm, Zaqatalada 11 sm, Ordubad, Göygöl, Tərtərdə 5 sm, Şahbuz, Astarada 4 sm, Şabranda 3 sm, Sədərəkdə 1 sm olub.

Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Sumqayıtda 34 m/s, Bakıda 32 m/s, Pirallahı, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adasında 26 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6,8 metrə çatıb.

Külək Naftalanda 32 m/s, Neftçalada 30 m/s, Tərtər, Mingəçevir, Nabran, Salyan, Xaçmaz, Tovuz, Yevlax, Bərdə və Ağstafada 16-22 m/s-dək güclənib.

Fevralın 9-da temperatur Bakıda iqlim normasından 2,5 dərəcə aşağı enib. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 1-2, Aran rayonlarında 2-5, dağlıq rayonlarda 10-16, yüksək dağlıq ərazilərdə 19-24, Naxçıvan MR-da isə 6-13 dərəcə şaxta olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol