“Buta Airways”in təyyarəsi məcburi eniş etdi

"Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – "Buta Airways”ın şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib.
"Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Odur ki J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Son xəbərlər 
Daha çox 






















