• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 40 yaşlı ata qızının sinif yoldaşına təcavüz etdi

Azərbaycanda 40 yaşlı ata qızının sinif yoldaşına təcavüz etdi
29.05.2020 06:09
Xızıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş 1980-ci il təvəllüdlü Rəhman Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az Teleqraf.com-a istinadən xəbər verir ki, ailəli olan Rəhman Vəliyev Xızı rayonu, Yeni-Yaşma kəndində qeydiyyatda olub, Azəravtoyol MMC-də fəhlə işləyib.

İstintaq sənədlərinə görə, Rəhman Vəliyev Xızı rayonu, Yeni-Yaşma tam orta məktəbin 9-cu sinfində qızı ilə birlikdə təhsil alan 2003-cü il təvəllüdlü Əminə Babayevanın (ad və soyad şərti verilib - red.) 16 yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olmaq istəyib.

Bu məqsədlə o, 2019-cu ilin yanvar ayının 6-da, saat 22 radələrində Sumqayıt şəhərindən Əminə Babayevanı evlərinə aparmaq adı ilə etibarnamə ilə sürdüyü avtomobilə götürüb.

Rəhman Vəliyev Xızı rayonuna çatdıqdan sonra avtomobili rayonun dağlıq hissəsinə sürüb. Bu zaman qız ondan yolu niyə dəyişməsini soruşub. Rəhman Vəliyev isə ona işi olduğunu söyləyib. Avtomobili dağlıq hissədə heç kimin olmadığı yerə sürdükdən sonra öz çirkin əməlini həyata keçirmək qərarına gəlib. O, Əminə Babayeva ilə avtomobildə zorla cinsi əlaqədə olub.

Daha sonra hədə-qorxu gələn Rəhman Vəliyev ondan bu barədə heç kimə deməməsini tapşırıb. Lakin Əminə Babayeva evlərinə gələn kimi hadisə barədə anasına danışıb.

Əminə Babayevanın ailə üzvlərinin şikayətindən sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən Rəhman Vəliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Xızı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Rəhman Vəliyev apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Rəhman Vəliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Rəhman Vəliyevin şikayəti təmin olunmayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol