• $
  • €
  • ₽
  • ₺
  • £

MSK sədrinin səlahiyyətləri alındı - AÇIQLAMA

MSK sədrinin səlahiyyətləri alındı - AÇIQLAMA
20.03.2020 13:36
Fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından 70 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasından hərəyə 1 nəfər seçilib. 40 deputat isə  partiyasızdır.

Anews.az xəbər verir ki, Seçki Məcəlləsinin tələbinə görə, növbədənkənar parlament seçkiləri başa çatdıqdan və yeni Milli Məclis formalaşdırıldıqdan sonra parlamentin ilk sessiyadan etibarən Mərkəzi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti başa çatmış hesab edilir. Odur ki, artıq MSK üzvlərinin səlahiyyətləri bitib.

Səlahiyyətləri bitmiş Mərkəzi Seçki Komissiyasının 17 üzvü var: Məzahir Pənahov – sədr, Rövzət Qasımov – sədr müavini, Arifə Muxtarova – katib, Mikayıl Rəhimov – katib, Fuad Cavadov, Şaitdin Əliyev,Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov.

Məzahir Pənahov 2000-ci ildən MSK sədridir. O, Yeni Azərbaycan Partiyasının təqdim etdiyi nümayəndədir. İndiyədək Məzahir Pənahovun sədrliyi ilə 13 seçki (5 parlament seçkisi, 4 prezident seçkisi, 4 bələdiyyə seçkiləri), 3 referendum keçirilib.

Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini azlıqda qalan partiyaların, üçdə bir hissəsini bitərəflərin təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

9 fevral seçkilərinin ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası çoxluq partiyası, digər partiyalar azlıq partiyaları sayılır. Respublikaçı Alternativ Partiyasının və deputat Razi Nurullayevin partiyasının dövlət qeydiyyatı olmadığı üçün MSK üzvlüyünə Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası nümayəndələr təqdim edə bilər.

Seçki Məcəlləsinin tələbinə görə, parlamentdəki çoxluğun, bitərəflərin və azlığın namizədləri irəli sürülməli və Milli Məclisin iclasında onlar qəbul olunmalıdır. MSK-nın yeni tərkibinin də əsasən indiki tərkibdən ibarət olacağı ehtimal edilir.

MSK-nın tərkibinin müəyyənləşdirilməsinin vaxtı  ilə bağlı qərar hakimiyyətdən asılıdır. Yəni konkret olaraq əvvəlcədən vaxt müəyyənləşdirilmir. Sadəcə olaraq, əvvəldən deyilir ki, MSK üzvlərinin səlahiyyət müddəti 5 ildir və hər dəfə parlament seçkiləri keçiriləndə yeni tərkib formalaşdırılmalıdır.

MSK formalaşdırıldıqdan sonra isə yuxarıda qeyd olunan proporsiyaya uyğun olaraq dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları formalaşdırılacaq.  (musavat.com)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol