• $
  • €
  • ₽
  • ₺
  • £

COVID-19 böhranından zərərçəkən işçilərə və aztəminatlılara dəstək veriləcək

COVID-19 böhranından zərərçəkən işçilərə və aztəminatlılara dəstək veriləcək
29.05.2020 08:50
Azərbaycan Respublikası Prezidenti "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Kommunikasiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "dəstək proqramı”nda məqsəd makro-iqtisadi dayanıqlığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafın təmin edilməsidir.

V. Qasımlı deyib ki, vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pulkütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir: "Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməkl əəhəmiyyətli təsir gücünə malik olacaq. Azərbaycanda "dəstəkproqramı”nın ÜDM-də vədövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir. Keçən il toplu maliyyə balansının gəlirlərinin (proqnozaəsasən) 34,1milyard manatı və ya 53,5faizini müəssisə və təşkilatların resursları təşkil edib. Toplu maliyyə balansının təhlili göstərir ki, müəssiə resurslarının 86 faizini mənfəət, 14faizini isə amortizasiya ayırmaları təşkil edir. "Dəstək proqramı” ilk növbədə müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldıdılması ilə müqayisədə daha ucuz başa gəlir."Dəstək proqramı”nın həyata keçirilməsi həm də "kölgə iqtisadiyyatı”nın azalmasına xidmət edəcək, çünki biznes dövlətdən dəstək almaq üçün həmdə balansını "ağartmalıdı”. Xüsusilə, məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır. Məşğulluğun 14,5 faizinitəminedənticarətvənəqliyyatvasitələrinintəmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət "Dəstək proqramı”nın mərkəzində olacaq. Bütünhallardaödənişliictimaiişlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir. "Məhsul və xidmətlər hesabı”nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən "məhsula və idxala subsidiyalar”ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür. Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. "Dəstək proqramı” zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur.

Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıblar. Azərbaycan ÜST-in "COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol