Rayondan Bakıya sərnişin daşıyan ambulansın sürücüsü işdən qovuldu - RƏSMİ

Ağsu Rayon Mərkəzi
Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə
rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan
videomateriallarla əlaqədar bildiririk ki, məsələ TƏBİB tərəfindən araşdırılıb.
Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd
oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin
götürüb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























