• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin dövründə əlilliyi olan şəxslər nə ilə təmin olunur? - AÇIQLAMA

Karantin dövründə əlilliyi olan şəxslər nə ilə təmin olunur? - AÇIQLAMA
29.05.2020 10:09
"Karantin dövründə tənha yaşayan əlilliyi olan şəxslərə sosial xidmət işçiləri xidmət edirlər".

Bunu Yeniavaz.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. O bildirib ki, koronavirusa görə karantin elan edildiyi vaxtdan bu yana sosial xidmət işçiləri yaşayış məntəqələrinə baş çəkir, günlük ehtiyaclarınının qarşılanmasında kömək edirlər:

"Sosial Xidmətlər Haqqında qanun”un tələblərinə uyğun olaraq işçiləri xüsusi qoruyucu vasitələr,respiratorlarla təmin olunub. Həmin işçiləri fiziki məhdudiyyətli şəxslərin zəruri ehtiyaclarını, ərzaq məhsullarına olan tələbatını qarşılayır, apteklərlərdən dərman preparatlarının alınmasında köməklik edir, kommunal borcların ödənilməsinə köməklik göstərilir. Əlavə olaraq əlilliyi olan şəxslərin ev işləri,təmizlik işləri də Sosial Xidmət işçiləri tərəfindən həyata keçirilir”.
Nazirlik rəsmisi fiziki məhdudiyyətli şəxslərin karantin rejimi müddətində  evlərində reabilitasiya vasitələri ilə təmin olunacağını da qeyd edib:

”Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək. Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s.)  ilə təmin edilmək üçün 077 489 90 00,  077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol