Lənkəran sakini bıçaqlandı

Lənkəranda 48 yaşlı kişi bıçaqlanıb.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə Sütəmurdov kəndində 1972-ci il təvəllüdlü Əliyev İman Hüseyn oğlu bıçaqlanıb.
O, naməlum şəraitdə qarın boşluğuna bir bıçaq zərbəsi alıb.
Təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı hazırda əməliyyatdadır.
www.anews.az
























