• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlarını ot yeməyə məcbur edərək onları videoya çəkən ata ilə bağlı AÇIQLAMA + VİDEO

Uşaqlarını ot yeməyə məcbur edərək onları videoya çəkən ata ilə bağlı AÇIQLAMA + VİDEO
29.05.2020 06:38
Azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və bunu videoya çəkərək paylaşan şəxslər aşkarlanıb, barələrində aidiyyəti tədbirlər görülür.

Bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.

Bildirilib ki, bu cür hallara yol verən şəxslərə qarşı ölkə qanunvericiliyinə əsasən müvafiq cəza tədbirləri nəzərdə tutulub: "Son günlərdə uşaqlara qarşı alçaldıcı hərəkətlər edilərək və sosial şəbəkələrdə paylaşılması ilə bağlı yayılan məlumatlar haqlı olaraq cəmiyyətdə böyük təəssüf və qəzəb hissi ilə qarşılanıb.
 
Valideynlərin diqqətinə çatdırırıq ki, uşaqların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərən, onların mənəviyyatını aşağılayan bu kimi halların baş verməsi və sosial şəbəkələrdə paylaşılması məktəbdə, cəmiyyətdə həmin uşaqların psixoloji basqı ilə üzləşməsinə gətirib çıxardaraq daha ciddi mənfi nəticələrə səbəb olur və ictimaiyyət arasında xüsusi narahatlıq doğurur.

Qeyd olunan faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Müvafiq qaydada faktın araşdırılması, günahkar şəxslərin ölkəmizin qanunlarına müvafiq qaydada cəzalandırılması istiqamətində addımlar atılacaq. Hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək cəmiyyətdə pozuculuq fəaliyyəti xalqımızın həmrəylik prinsiplərinə ziddir və hər bir vətəndaşı bu çətin günlərdə birgə olmağa, qarşılıqlı olaraq dövlətimizə və bir-birimizə dəstək olmağa səsləyirik.

Məsələ ilə bağlı hadisəni törədən və videoya çəkərək paylaşan şəxslər artıq aşkarlanıb və həmin şəxslər barəsində aidiyyəti tədbirlər görülür”.
Sözügedən videonu təqdim edirik:

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol