• $
  • €
  • ₽
  • ₺
  • £

"Məcburiyyətdən kimdənsə 3-5 manat alan həkimdən korrupsioner olmaz" - Karantin reallığında TÖVSİYƏ

"Məcburiyyətdən kimdənsə 3-5 manat alan həkimdən korrupsioner olmaz" - Karantin reallığında TÖVSİYƏ
29.05.2020 12:34
"Müxtəlif yollarla milyardlar qazanan məmurlar belə bu virusun qarşısında aciz vəziyyətdədirlər”.
Bu fikirləri Yenicag.az-da ölkədə tətbiq edilmiş karantin rejimi tələblərinin bu gündən etibarən, yumşaldılmasını və növbəti mümkün addımları şərh edən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli bildirib ki, digər ölkələrə baxanda, Azərbaycanda koronavirusla bağlı vəziyyətin katastrofik həddə çatmasına imkan verilmədi:
"Önləyici tədbirlər görüldü, qadağalar oldu, camaat da buna əməl etdi. Bu gün işə gələndə hiss etdim ki, yoxlama məntəqələrində nəzarətçilər artıq sadəcə, formallıq xatirinə dayanıblar. Cəmiyyət də karantin rejiminin götürülməsinə meyllidir. Mənə belə gəlir ki, bu məsələ barəsində qəti qərar vermək üçün Türkiyə, Gürcüstan, Rusiya kimi qonşu ölkələrdəki vəziyyəti, o cümlədən, dünya güclərinin ortaq mövqeyini nəzərə almaq lazım gələcək. Bu gün ola bilər ki, müəyyən sahələrin fəaliyyəti bərpa edilsin, ancaq tamamilə əvvəlki axarına düşməsi üçün may ayının sonuna qədər dözməli olacağıq. Bu proses tədricən tənzimlənəcək. Hesab edirəm ki, mayın ortalarına qədər qadağalar aradan qaldırılacaq”.
Məmmədlinin sözlərinə görə, koronavirusla mübarizədə əsl fədakarlıq nümunəsi göstərən həkimlərin əməyi layiqincə qiymətləndirilməlidir:
"Həkimlər bu ön cəbhədə mübarizə aparırlar. İki həkimin koronavirusa yoluxaraq, vəfat etdiyinə dair məlumatım var. Eyni zamanda, yoluxan, lakin sağalan həkimlərimizin olduğunu da deməliyəm. Tanış həkimlərdən 8 nəfəri hazırda müalicə olunur. Görünür, həkimlər müəyyən ehtiyatsızlığa yol verdikləri üçün yoluxublar. Hər halda, böyük ehtimalla, onlar bu virusa ənənəvi qayda ilə yanaşıblar. Eyni zamanda, indiki şəraitdə həkimlər üçün nəzərdə tutulan xüsusi geyim qaydalarına müntəzəm əməl etmək də çox çətindir. Təsəvvür edin, bir həkimin o geyimi komplekt geyinməsi üçün ona bir neçə nəfər kömək etməlidir. Bu isə hər zaman alınmır.
Koronavirus bizə bir tərəfdən düşərli oldu ki, həkimlərimiz reabilitasiya olunmaqla yanaşı, elm və təhsilin alternativsizliyi tam ciddiliyi ilə təsdiqləndi. Baxın, korrupsiya yolu ilə milyardlar qazanan məmurlar belə bu virusun qarşısında aciz vəziyyətdədirlər. Elmə, təhsilə önəm vermək lazımdır. Səhiyyənin inkişafına əngəl olan bütün maneələr aradan qaldırılmalıdır. Əgər belə olsa, o halda koronavirus həm də xoş xatirələrlə yad olunacaq.
Rəhmətə gedən həkimlərə şəhidlik statusunun verilməsini təklif etmişdim. Bəziləri o həkimlərə siyasi mövqeyinə görə yanaşırlar. Ancaq bu, belə olmamalıdır. Həkimlik elə bir peşədir ki, xalatı geyinənə qədər siyasətçi olursan, xalatı geyinəndən sonra insanın qulusan, ağrının yanındasan. Siyasi baxışlarına baxmayaraq, onlara şəhidlik statusu verilməlidir.
Göstərilən eyiblər aradan qaldırılsa, biz koronavirusa təşəkkür edəcəyik. Hamı bilsin ki, həkimdən korrupsioner olmaz. Kimsə həkimlərə təşəkkür olaraq, 5-3 manat verə bilər. Amma biz elə etməliyik ki, həkim ona da möhtac olmasın. Vicdanını itirmiş adam hər sahədə var. Həkimlərin maddi təminatı yüksək səviyyədə olmalıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol