• $
  • €
  • ₽
  • ₺
  • £

Kafe və restoranlar, gözəllik və bərbər salonları ilə bağlı son vəziyyət - VİDEO

Kafe və restoranlar, gözəllik və bərbər salonları ilə bağlı son vəziyyət - VİDEO
29.05.2020 12:15
Karantin rejimi ilə əlaqədar artıq bir müddətdir ki, fəaliyətinə məhdudiyyət qoyulan restoranlar öz müştərilərini gözləyir. Amma o müştərilərin nə vaxt gələcəyi tarix isə hələ ki, məlum deyil.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

İbrahim Novruzov – Administrator: "Ay yarımdan artıq fəaliyətimizi dayandırmışıq. Yəqin ki, yaxşı olar da. Ayın 4-dən deyiblər ki, açılacaq. Bu gün desələr işləyin, hamı sevə-sevə işləyər. Çünki hamı bu sözü gözləyir ki, açılsın, işləsin”.

Bu günlərdə qapıları bağlı qalan həm də gözəllik salonları və bərbərxanalardır. Müştəriləri çoxdur və nə vaxt fəaliyətə başlayacağı günü səbirsizliklə gözləyirlər.

Səidə Hüseynova – Salon rəhbəri: "Bəzi sahələr açılsa da, gözəllik salonları və mərkəzlər açılmadı. Ümid edirik ki, növbəti addım bizə də şamil olunacaq. Biz də öz işimizə başlayacağıq”.

Ceyhun Məmmədov – Milli Məclisin deputatı: "Burada öncə vəziyyət təhlil olunmalıdır. O yerlərdə ki, sıx təmas, kütləvi toplaşma var onların bərpasında biz tələsməməliyik. Biz anlayırıq ki, bəzi sahədə çalışan insanlar səbirsizliklə gözəyirlər ki, bu müəssilərin fəaliyyəti nə vaxt baş tutacaq. Mən hesab edirem ki, elə də çox vaxt qalmayıb”.

İqtisadçı millət vəkili Vüqar Bayramov isə deyir ki, restoran və kafelərin fəaliyyətinin mərhələli şəkildə bərpası mümkündür. Bunun üçün standartların müəyyənləşməsinə ehtiyac var.

Vüqar Bayramov – Milli Məclisin deputatı: "Ümumi salon deyil, daha çox kabinet tipli, yəni ayrıca otağı olan kafe və restoranların fəaliyətinə icazə verilməsi məqsədəuyğun olardı”.

Böyük sahəsi olan kafe və restoranlarda isə stollar arasında 2 metrlik məsafənin olması təklif edilir. O ki, qaldı gözəllik salonları və bərbərxanalara...
Vüqar Bayramov – Milli Məclisin deputatı: "Müştərilən fərdi olaraq qəbul edilməsi kimi standartların müəyyənləşməsinə ehtiyac var. Eyni zamanda xidmət göstərən şəxslərin maskadan istifadə edilməsinin məcburi xarakter alması vacibdir. O baxımdan mərhələli şəkildə real sektorda fəaliyətlərin bərpası mümkündür. Bunun üçün də təbii ki, yeni sandartların tətbiqinə ehtiyac var”.

Bu arada, respublikanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. Bu yumşalma isə daha çox fəaliyyət sahəsini əhatə edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol